Mərkəzi Bankın məlumatı: Bayram günlərində kommersiya banklarının fəaliyyəti məhdudlaşdırılacaq

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcəklər.

Related posts

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

“ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun yeni sədri təsdiqləndi

“AccessBank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı