Mərkəzi Bankın – Məlumatı

“Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.

Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik.”

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı