Mərkəzi Bankın maliyyə savadlılığı layihələri çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021 tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2021-ci ilin fevral və mart aylarında “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsi təşkil edilmişdir.

Ümumilikdə müsabiqəyə ölkə üzrə 7-14 yaş qrupundan olan 800 nəfərə yaxın məktəbli qatılmışdır. Məktəblilərin təqdim etdiyi inşa və rəsm nümunələri ekspertlər tərəfindən qiymətləndirildikdən sonra seçilmiş nümunələrin müəllifləri olan məktəblilər ilə Zoom platformasında görüşlər təşkil olunmuşdur. Qaliblər müsabiqələrə təqdim etdikləri və onlayn görüşlər zamanı yazdıqları inşalara, həmçinin çəkdikləri rəsmlərə əsasən müəyyən edilmişdir. Qaliblər və fərqlənən şagirdlər hədiyyələr və sertifikatlarla mükafatlandırılmışdır. Müsabiqə haqqında geniş məlumat yerli mediada və Global Money Week rəsmi veb səhifəsində yayımlanmışdır.

(bizimpullar.az/news/detail/412; https://issuu.com/oecd-daf/docs/gmw_annual_report_2021_pages_view/s/13525798

Bunlarla yanaşı Nizami Gəncəvinin əsərlərindən iqtisadi motivli beytlər seçilərək inşa və rəsm müsabiqəsi üçün xüsusi yaradılan veb səhifədə (https://nizami880.cbar.az/) yerləşdirilmişdir.

Müxtəlif auditoriyaların böyük marağını nəzərə alaraq Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlərin davamı olaraq dahi şairin iqtisadi motivli “Beytlər” toplusu kitabça şəklində nəşr edilmişdir.

“Beytlər” toplusu kitabxanalara göndəriləcək, habelə Maliyyə savadlılığı mövzusuna həsr edilmiş müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyə ediləcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı