Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti DB və BVF-nin İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak edib.
BVF-nin icraçı direktorunun müavini Bo Linin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətin əhəmiyyəti müzakirə olunub.
Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov çıxışı zamanı BVF-nin və digər maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti, eləcə də qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması təşəbbüslərinə mümkün dəstək imkanları ilə bağlı fikirlərini bölüşüb.