Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 fevral 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si50400679S
Hərraca çıxarılan həcm30 000 000 AZN
Notun nominal dəyəri100 АZN
Notların tədavül müddəti252 gün
Ödəmə tarixi02.11.2020

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək.

Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı