Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

25 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2065024708 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9942.3894 (7.45%) manat və 9951.239 (6.3%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63,040,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9946.0044 (6.98%) manat, orta ölçülmüş qiyməti isə 9948.1105 (6.71%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 22.02.2023-cü ildir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı