Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2214024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 95,341.6090(6.98%) manat və 95,776.2666 (6.30%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,000,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95,520.107 (6.70%) manat və orta ölçülmüş qiyməti 95,543.1911 (6.66%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 24.10.2024-cü ildir.

Related posts

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı