Mərkəzi Bankın 30 milyon manat həcmində 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

7 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2045024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 99.6360 (4.7%) manat və 99.7380 (3.38%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,514,600 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6589 (4.4%) manat, orta ölçülmüş qiyməti isə 99.7066 (3.78%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 04.01.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Maliyyə Nazirliyinin 364 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı