Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bakı Regional Məşğulluq filialının əməkdaşları üçün təlim keçirilib - BBN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bakı Regional Məşğulluq filialının əməkdaşları üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının əməkdaşları üçün təlim keçirilib.

Layihənin ətraf mühit və sosial məsələlər üzrə mütəxəssisləri tərəfindən keçirilən təlimdə layihənin hədəf və məqsədləri, əhatə dairəsindən bəhs olunub.

Ötən dövrdə həssas qruplara aid 17 mindən çox şəxsin kiçik bizneslərinin qurulmasına dəstək olan bu proqramın gözlənilən faydaları diqqətə çatdırılıb. Eyni zamanda layihənin iştirakçısı olmaq istəyənlərin müraciətlərin baxılması mexanizmi və s.  mövzulara dair ətraflı məlumat verilib.

Müraciət edənlər və benefisiarlarla kommunikasiyanın qurulması istiqamətində bilik və bacarıqlarının artırılması üçün iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Related posts

Azərbaycanda güzəştli ipoteka kreditlərinə tələbat artır Mətn:

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı