Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Cəlilabad rayonunda ictimai dinləmə keçiriləcək - BBN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Cəlilabad rayonunda ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Cəlilabad rayonunda ictimai dinləmə təşkil olunacaq.

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, müraciət və iştirak qaydaları, eləcə də layihə çərçivəsində nəzərdə tutulan əlavə dəstək mexanizmlərinə dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə 31 oktyabr 2024-cü il tarixində saat 14:00-da Lənkəran-Astara Regional Məşğulluq filialının Cəlilabad rayon xidmət şöbəsinin inzibati binasında (Cəlilabad şəhəri, H. Əliyev prospekti 155 A) keçiriləcək.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı