Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha iki rayonda ictimai dinləmələr keçiriləcək - BBN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə əlaqədar Daşkəsən və Gədəbəy rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr Daşkəsən rayonunda avqustun 10-da saat 15:00-da Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Gədəbəy rayonunda isə avqustun 11-də saat 11:00-da Qazax-Tovuz Regional Məşğulluq Filialının Gədəbəy rayon xidmət şöbəsinin  inzibati binasında keçiriləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı