Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təşkil edilmiş müsabiqənin iştirakçıları ilə görüş keçirilib - BBN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təşkil edilmiş müsabiqənin iştirakçıları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təşkil edilmiş “Həvəsləndirmə və Biznes Mükafatı” müsabiqəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzində müxtəlif zərflər üzrə aktivlər almış benefisiarlarla keçirilən görüşdə “Məşğulluğa Dəstək Layihəsi”nin koordinatoru Fəqan Əsgərov, Layihənin milli texniki məsləhətçisi Vüsal Mirzəyev,  Gəncə KOB İnkişaf Mərkəzinin rəhbəri  İlkin Dövlətov və b. iştirak edib.

Benefisiarlara Layihə çərçivəsində həyata keçirilən əlavə dəstəkləyici tədbirlər, cari müsabiqənin bundan sonrakı mərhələləri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Həmçinin KOBİA-nın sahibkarlara göstərdiyi dəstək mexanizmləri diqqətə çatdırılıb. Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən müsabiqə iştirakçılarına göstəriləcək dəstək tədbirləri də qeyd olunub.

Related posts

“Unibank”ın mənfəəti bölüşdürüləcək

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı