“Məşğulluğa Dəstək Layihəsi” üzrə 2022-ci il üçün müraciətlərin qəbuluna başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri,  keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir.

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

1Avtoçilingər xidmətləri14Döşəmə və parket cilalanması xidməti
2Avtoelektrik xidmətləri15Poliqrafiya xidməti
3Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri16PVC qapı və pəncərə istehsalı
4Avtoyağlama  xidmətləri17Qadın gözəllik salonu
5Avtotəmizləmə xidmətləri18Kiçik dərzi sexi
6Ayaqqabı təmiri və istehsalı19Un məmulatları istehsalı
7Broyler inkubatoru20Aqroturizm
8Kiçik dəmirçi sexi21Telefon təmiri
9Dönərxana22Çatdırılma xidməti
10Kiçik dülgər sexi23Avtorəngsaz
11Kiçik foto atelye24Xalça yuma xidməti
12İstixana biznesi25Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti
13Kişi bərbərxanası26Su sızması aşkarlama xidməti

Layihədə iştirak etmək üçün www.e-sosial.az  portalında “Məşğulluq” altsistemi vasitəsilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirilən “Layihələr üzrə müraciət forması”nı doldurmaqla, (https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform) və ya  Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Layihəyə müraciət qaydası barədə https://youtu.be/ANZ9qbnZ1IA təlimat videosu vasitəsilə və ya 142 – Çağrı mərkəzinə zəng etməklə də ətraflı məlumat əldə etmək olar.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı