M2 aqreqatı 6%-dək artıb

2016-cı ilin dekabr ayının sonuna  M2 aqreqatı  11,546 milyard manat təşkil edib.  Bu barədə Mərkəzi Bankın Statistik  Bülletenində bildirilib.Qeyd edək ki, noyabr ayının sonunda bu göstərici  10,942 milyard manat olub, buda ötən ayla müqaisədə 603,9 milyon manat və ya 5.5% artıb.

M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2016-cı ilin yekununda 1.47 , 2015-ci ilin yekununda isə 1.25 təşkil edib.

Xatırladaq ki, M2 aqreqatı   “Banklardan kənarda nağd pul (M0),Manatla tələb edilənədək depozitlər,Manatla müddətli depozitlər”in cəminə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır