M2 pul aqreqatı artıb

2017-ci ilin noyabr ayının sonuna M2 aqreqatı 12.045 mlrd.manat təşkil edib. Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində məlumat verilib. Qeyd edək ki,oktyabr ayının sonunda M2 pul aqreqatı 11.547 mlrd. manat olub.

Belə ki, oktyabr ayı ilə müqayisədə bu göstərici 498 mln manat və ya 4.3% artıb.

M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2017-ci ilin noyabrında 1.39 ,2017-ci ilin müvafiq dövründə isə 1.42 olub.

Xatırladaq ki, M2 aqreqatı “Banklardan kənarda nağd pul (M0), manatla tələb edilənədək olan depozitlər, manatla müddətli depozitlər”in cəminə bərabərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır