Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Macarıstanla enerji tərəfdaşlığının inkişafı müzakirə edilib - BBN

Macarıstanla enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Bakı Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət  naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.

Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə Avropaya qaz təchizatındakı vəziyyət və ikitərəfli enerji əməkdaşlığının inkişafı nəzərdən keçirilib. Neft-qaz layihələrində Macarıstan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Dörd ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin sonuncu iclasının nəticələrindən və Birgə Müəssisənin yaradılması proseslərinin gedişatından məmnunluq ifadə edilib. Layihənin icrasının digər mühüm komponentləri üzrə növbəti addımlar razılaşdırılıb.

Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. Macarıstanın qaza tələbatı və idxalın şaxələndirilməsi kontekstində Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. MOL və MVM şirkətləri ilə neft-qaz layihələrində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Həmçinin hər iki ölkədə bərpa olunan enerji kursu və Azərbaycandan Macarıstana “yaşıl enerji dəhlizi” vasitəsilə elektrik enerjisinin tədarükünə dair fikir mübadiləsi aparılıb.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı