“Made in Azerbaijan” Alibabada 50 dəfə gücləndi

Azexport.az portalı fəaliyyətə başladığı iki ay ərzində sahibkarların ixrac imkanlarının artması ilə bağlı ciddi irəliləyiş əldə edib. Portalın əldə etdiyi statistik rəqəmlər bu məlumatı verməyə əsas verir. Belə ki, Azexport.az fəaliyyətinə başlayandan sonra Azərbaycan məhsulların beynəlxalq platformalarda, o cümlədən Alibaba.com platformasında təmsil olunma səviyyəsi 50 dəfə artıb.

Portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki Azexport.az portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgləyir. Azexport.az-dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır