Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Makroiqtisadi dayanıqlılıq” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib - BBN

“Makroiqtisadi dayanıqlılıq” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirilməsinə dair ümumi hesabatının “Makroiqtisadi dayanıqlılıq” İşçi qrupunda müzakirəsi keçirilib.

Videoformatda keçirilmiş iclasda Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini, İşçi qrupun sədri Rəşad Orucov görülmüş işlər barədə məlumat verib, “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi çərçivəsində nəzərdə tutulmuş bütün istiqamətlər üzrə işlərin davam etdiyini bildirib.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Ayaz Müseyibov hesabatı təqdim edib. O, 2023-cü il ərzində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün müəyyən qanunların qəbul olunduğunu, bəzi hüquqi aktlarda dəyişikliklər edildiyini bildirib, həmçinin qarşıya çıxan çağırışların həlli istiqamətində konkret tədbirlərin görülməkdə olduğunu qeyd edib.

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, qaldırılmış suallar cavablandırılıb.

“Makroiqtisadi dayanıqlıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Makroiqtisadi dayanıqlılıq” İşçi qrupu da bu çərçivədə “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Related posts

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

2 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı