Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni rəhbər təyinatı olub

Palatanın Təlim və Maarifləndirmə Mərkəzinin direktor vəzifəsinə İskəndər Sadiq təyin olunub.

Bundan əvvəl o, müxtəlif beynəlxalq təhsil layihələrinə rəhbərlik edib. İ.Sadiq təhsilin idarəolunmasında iki magistr dərəcəsinin sahibidir. O, Azərbaycan Dillər Universitetinin təhsilin metodologiyası və İsveçin Stokholm Universitetində təhsilin planlaşdırılması və idarəolunması proqramlarının məzunudur.

İ.Sadiq Avropa Komissiyası, USAİD, ABŞ Dövlət Departamenti və Almaniya hökumətinin müxtəlif proqramları və İsveçdə Krallığında Azərbaycan səfirliyində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır