Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Bank Respublika və Innoland bank sistemində fintexlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi üzrə yeni layihəyə imza atdı

Son illərdə ölkənin bank sektorununrəqəmsal transformasiyanın dərinləşməsi istiqamətində uğurla addımlayır.Rəqəmsal transformasiya sürətləndikcə innovativ texnologiyaların realizasiyasının genişlənməsi, fintex-startaplar ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsi, bank müştəri münasibətlərinin rəqəmsal mühitdə qurulması mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə, “Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır. 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda,fərqlənən iştirakçılaraölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olanAçıq API interfeysinə çıxış veriləcəkdir.

Açıq API (Open API) – müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə“Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsibanklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır