Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır

Azərbaycan Respublikası Maliyyə Nazirliyində Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması ilə bağlı işlər növbəti mərhələyə qədəm qoyub.

Bu məqsədlə nazirlik tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə  “PricewaterhouseCoopers” (PwC) şirkəti əməkdaşlığa cəlb edilib. 

Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatlar öyrənilərək PwC şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və www.tender.gov.az saytında tender elanı yerləşdirilib.

Tender üzrə tələblərlə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
HTTPS://ADMİN.ETENDER.GOV.AZ/DOCUMENT/4618​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır