Maliyyə Nazirliyi mətbuat orqanlarına tövsiyə edib

Bəzi mətbuat orqanlarında Qazaxıstan KİV-lərinə istinadən bu ölkənin maliyyə naziri Bakıt Sultanovdan sitat gətirilərək maliyyə naziri Samir Şərifovun adından “Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır” kimi xəbərlər dərc olunub.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru bu barədə mətbuat orqanlarına tövsiyə edib. Tövsiyədə bildirilir ki, bu kimi xəbərləri yayarkən nazirliyin saytında və digər rəsmi mənbələrdə dərc olunan məlumatlara və press-relizlərə istinad etmək lazımdır.

Şübhəsiz ki, manatın məzənnəsinin ucuzlaşması da ölkədə fəaliyyət göstərən digər banklar kimi ABB-nin də maliyyə vəziyyətinə mənfi təsir göstərib, lakin bunu əsas səbəb kimi göstərmək tamamilə əsassızdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır