Maliyyə Nazirliyi Dövlətə məxsus hüquqi şəxslərə müraciət edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2016-cı il tarixli 1182 nömrəli Fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib.

Sözügedən Qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır