Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə hərrac keçirilib

15 oktyabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104010746 ISIN kodlu, tədavül müddəti 364 gün olan 25.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

AZ0104010746 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 81.9 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 25.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94.0594 (gəlirlilik 6.3505%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 13 oktyabr 2020-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır