Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

2017-cı ilin 15 avqust tarixində BFB-də keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ), üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Hərracın keçirilməsi tarixi 15.08.2017
Dövlət istiqrazının növü DQİ
Qiymətli kağızın İSİN kodu AZ0101018544
Ümumi həcmi (manat) 10 000 000
Bir istiqrazın nominal dəyəri (manat) 100
İstiqrazların tədavül müddəti 91 gün
Ödəmə tarixi 14.11.2017
Anderrayter Paşa Kapital İŞ QSC

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır