Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29 yanvar 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106001750 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645  AZN (10.0356 %) və 100.0774  AZN (8.9568 %) olan 5 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,567,800.00, yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  25.01.2022-ci ildir.

Hərrac iştirakçıları 30 yanvar 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır