Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10 %) və 93.8405 AZN (6.6%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1450 AZN (7.4%), orta ölçülmüş qiyməti 93.1998 AZN (7.3365%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228,500.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  12 may 2020-ci  il.

Hərrac iştirakçıları 15 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır