Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

18 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104006744 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 21 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 94.3688 AZN (6.0001%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.7530 AZN (6.6999%), orta ölçülmüş qiyməti 93.8119 AZN (6.6326%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,962,800.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  16 iyun 2020-ci  ildir.

Hərrac iştirakçıları 19 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır