Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

09 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106012757 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122  AZN (9.9000%) və 100.7774  AZN (8.7000%) olan 15 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101  (8.8799%), orta ölçülmüş qiyməti 100.3666 (8.8581%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49,646,400.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  05.07.2022-ci ildir.

Hərrac iştirakçıları 10 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır