Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

20 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104008740 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (8.00%) və 94.3866 AZN (5.98%) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6.5%), orta ölçülmüş qiyməti 93.9844 AZN (6.43 %) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 869 400.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  18 avqust 2020-ci  il.

Hərrac iştirakçıları 21 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır