Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106016758 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.0044 AZN (11%) və 101.83 AZN (8.29%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.1166 AZN (8.57%), orta ölçülmüş qiyməti 101.2211 AZN (8.53%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 091 000.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  23.08.2022-ci il.

Hərrac iştirakçıları 28 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır