Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

24 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018754 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 93.7555  AZN (11.0000%) və 100.6527  AZN (8.2499%) olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2604 AZN (8.4000%), orta ölçülmüş qiyməti 100.4610 AZN (8.3231%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,529,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  20.09.2022-ci il.

Hərrac iştirakçıları 25 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır