Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106020750 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96.1932  AZN (10.0000%) və 101.0400  AZN (8.1025%) olan 14 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8.5000%), orta ölçülmüş qiyməti 100.1953 AZN (8.4249%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,775,200.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  18.10.2022-ci ildir.

Hərrac iştirakçıları 23 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır