Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104012742 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 93.4915 AZN (7 %) və 95.2629 AZN (5.0000%) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7297 AZN (5.5941%), orta ölçülmüş qiyməti 94.8017AZN (5.5135%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 85,697,200.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  15 dekabr 2020-ci  ildir.

Hərrac iştirakçıları 18 dekabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır