Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

12 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105010695 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 96.4540 AZN (10.0000%) və 100.1817 AZN (7.9000%) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.0978 AZN (8.5000%), orta ölçülmüş qiyməti 99.2710 AZN (8.4035%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 482 000,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  09 iyun 2020-ci  ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 13 iyun 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır