Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018697 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 95.4653 AZN (10.8100%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN(9.0000%), orta ölçülmüş qiyməti 100.0274 AZN (8.9893%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 834 800.00 AZN, yerləşdirilmiş həcmi isə 20 180 000,00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  23.11.2021-ci ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 28 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır