Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108034882 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 89.7238 AZN (8.57%) və 102.1601  AZN (5.4999%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.5063 AZN (5.6499%), orta ölçülmüş qiyməti  101.5654 AZN (5.6363%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51,928,100.00 manat, yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 oktyabr 2026-cı  il.

Hərrac iştirakçıları 3 noyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır