Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazlarına tələb azalıb

23 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 000 000 AZN həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,000,000.00 AZN təşkil edib.

Sifarişlər 100.00 AZN (15.0000%) və 100.00 AZN (15.0000%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.00 AZN (15.0000%), orta ölçülmüş qiyməti 100.00 AZN (15.0000%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.05.2017 tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  3,000,000.00 AZN təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi  21.05.2019-cı  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır