Maliyyə Savadlığı Şurasının rəhbərliyi təyin olunub

14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası zamanı Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib.

BBN.az xəbər verir ki, Şuraya sədrliyi “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədrinin müavini Akşin Əmirov,  sədr müavini isə “Unibank”ın İdarə Heyətinin sədrinin müavini/Baş risk inzibatçısı Asəf Hüseynov təyin olunub.

  Aqşin Zəkaray oğlu Əmirov 1978-ci ildə anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib. London Business School-un MBA proqramının məzunudur. 2004-2015-ci illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb və Bankın İdarə Heyəti sədrinin müavini (2015-2016) olub. 2016-cı ildən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavinidir.

 

 

A.Hüseynov 2006-2009-cu illərdə “Access Bank” QSC-də, 2009-cu ildən isə Azərbaycan Mərkəzi Bankında (AMB) çalışıb. O, 2012-ci ilə qədər AMB-də mütəxəssis kimi fəaliyyət göstərib, daha sonra isə qurumun Bank qrupunun rəhbəri vəzifəsini icra edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır