“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Mərkəzi Bankı ilə görüş keçirilib

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Mərkəzi Bankının Milli Ödəniş Sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib.      

Görüş zamanı qonaq tərəfindən Rusiya Federasiyasında elektron ödənişlər sahəsində qanunvericilik bazası, həyata keçirilən islahatlar, ölkələr arasında pul köçürmə əməliyyatları, habelə maliyyə savadlılığı sahəsində həyata keçirilən layihələr haqqında məlumat verilib. Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi və ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində görülən tədbirlər barədə danışılıb.

Rəqəmsal bankçılıq və elektron ödənişlər sahəsində ətraflı müzakirələrin aparıldığı görüşdə innovativ ödəniş həllərinə və elektron pulun ölkədə tətbiqi imkanlarına toxunulub, gələcək dövrdə qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır