“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbirlərin keçirilməsi davam etdirilir.

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Rəqəmsal maliyyə texnologiyalarının inkişafı dövründə mövcud trendlər və onların əmək bazarına təsiri” mövzusunda açıq dərs təşkil edilib.

Açıq dərs zamanı tələbələrə rəqəmsal texnologiya dövründə karyera imkanları, internet bankçılığın biznesdə rolu və üstünlükləri, o cümlədən süni intellekt və blockchain texnologiyasının bazarda rolu və perspektivlər mövzuları üzrə seminarlar keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tələbələrin “Paşa Bank” ASC-nin rəqəmsal laboratoriyasına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində tələbələrə rəqəmsal laboratoriyanın fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır