Maliyyə nəhəngi Goldman Sachs yüzlərlə işçi ilə yollarını ayırır?

Hesabata, əsasən Goldman Sachs-ın yüzlərlə işçisi ilə yollarını ayıracağı gözlənilir.

Maliyyə investisiya firmasında işçilərin çıxarılması növbəti həftədən erkən başlayacaq və ümumi şirkətdə çalışan bütün işçilərə təsir edəcək, mənbə bildirir. Goldman Sachs xəbəri şərh etməyib, ancaq cari ilin iyulunda açıqladığı maliyyə hesabatında gəlirlərinin azaldığını elan etmişdi.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, həmin zaman şirkətin baş maliyyə direktoru Denis Coleman bildirmişdi ki, “biz yeni işçi qəbulunun sürətini yavaşlatmaqla bağlı qərar qəbul etmişik”.

İnvestisiya bankı xəbərdarlıq edərək əlavə etmişdi ki, əgər iqtisadi hesabatlar daha pis olarsa, işçilərin genişlənməsində azalmaya gedə bilər. Qeyd edilmişdi ki, 2022-ci ilin II rübündə şirkətin gəlirlərində 48% azalma olub, buna səbəb isə müştərilərin inflyasiya ilə üzləşməsi, FED-in faiz dərəcələrini artırması və koronavirus pandemiyası və Ukraynadakı müharibə olub. İnvestisiya bankçılığı bölməsinin gəlirləri 2.1 milyard dollar olub, bir il öncə ilə müqayisədə 41% aşağıdır.

Goldman Sachs-ın Baş direktoru David Solomon isə bildirib ki, bazar mühitinin daha da mürəkkəbləşdiyinə dair sual yoxdur. Makroiqtisadi və geosiyasi vəziyyətlər dəyərli vasitələrin qiymətlərinə, həmçinin market fəaliyyətinə və etibarlığa təsir edir.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı