Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilir - BBN

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində 2023-cü il üzrə tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq aprelin 5-də rayon-şəhər üzrə maliyyə idarələrinin rəhbərləri üçün təlimlərə başlanılıb. “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” mövzusunda keçirilən təlimlər iki gün davam edəcək.

Həmçinin təlim müddətində dinləyicilərə “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması”, “Nomativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun tətbiqi, dövlət büdcəsinə dair qəbul edilən normativ-hüquqi aktlar və onların tətbiqi məsələləri , “Dövlət Satınalamaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri”, “Dövlət büdcəsinin uçotu və hesabatı”, “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması qaydası”, “Mühasibat uçotu sahəsində büdcə təşkilatları ilə əlaqədar qanunvericilik aktlarının tələbləri”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Mədəni –kütləvi tədbirlər” mövzuları üzrə mühazirələr keçirilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı