Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060058 ISIN-li, 120 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.8014 (8.98%) manat və 93.1458 (7.3991%) manat olan 28 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4258 (8.24%) manat, orta ölçülmüş qiyməti isə 92.7248 (7.8892%) manat olaraq müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,140,000 manat, yerləşdirilmiş həcmi isə 53,868,600 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.04.2025-ci ildir. Hərrac iştirakçıları 24 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı