Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

30 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli, dövlət istiqrazları 
Qiymətli kağızın ISIN kodu AZ0201120034
Buraxılış həcmi  20 000 000 manat
Nominal dəyəri  100 manat
İstiqrazların tədavül müddəti 720 gün 
Faiz ödənişləri 2026-cı il 30 mart, 2026-cı il 30 sentyabr,
2027-ci il 30 mart, 2027-ci il 30 sentyabr
Faiz dərəcəsi (olduqda) 6.5%
Ödəmə tarixi 30.09.2027
Anderrayter PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.

Related posts

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Yaponiya Bankından İnflyasiya Xəbərdarlığı

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı