Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - BBN

Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

19 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040240 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 95.4892 (8.5%) manat və 97.6200  (7.3005%) manat olan 49 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.0345 (8.1898%) manat, orta ölçülmüş qiyməti isə 96.3006 (8.0392%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,073,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 16.09.2025-ci ildir.

Hərrac iştirakçıları 20 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

Almaniyada inflyasiya yenidən artır

Çin iqtisadiyyatı yenidən “oyanır”: Zavodlarda istehsal artım zonasına qayıtdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı