Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

19 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növükuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0108012946
Emissiya həcmi30 000 000 manat
Nominal dəyəri100 manat
İstiqrazların tədavül müddəti1820 gün
Faiz ödənişləri (olduqda)18 oktyabr 2022-ci il,  18 aprel 2023-cü il, 17 oktyabr 2023-cü il, 16 aprel 2024-cü il, 15 oktyabr 2024-cü il, 15 aprel 2025-ci il, 14 oktyabr 2025-ci il,  14 aprel 2026-cı il, 13 oktyabr 2026-cı il,  13 aprel 2027-ci il,
Faiz gəliri5 %
Ödəmə tarixi13.04.2027
Anderrayter“Paşa Kapital İŞ”QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı