Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002783 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.0817  AZN (7.0000%) və 101.3039  AZN (5.8001%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9666 (5.9800%) orta ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,415,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  11.01.2022-ci il.

Hərrac iştirakçıları 15 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (27.02.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (26.02.2026)

Yaponiya və Cənubi Koreya rekord qırdı – Nvidia Asiya bazarlarını coşdurdu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı