Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

31 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (903 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92,6831 (9.933%) manat və 98,7517  (7.5235%) manat olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95,7947 (8.6739%) manat, orta ölçülmüş qiyməti 97,2252 (8.112%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,224,300 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 1 noyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Related posts

Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir

Bankların şikayət indeksi açıqlanıb

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı