Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040315 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 89.8961(9.98%) manat və 99.4600 (6.2%) manat olan 60 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.4600(6.2%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 362,520,200 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 13 dekabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib

Ölkə sığorta bazarı 10,3% böyüyüb

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı